AZ

Məşhur köşk 1 milyarda satışa çıxarıldı - FOTO

"Yalı Çapkını" serialının çəkildiyi Bəylərbəyidəki Sakıp Sabancı Köşkü 1 milyard 250 milyon lirəyə ( təxmini 50 milyon AZN) satışa çıxarılıb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Məlumata görə, Sabancı ailəsinə məxsus iki il əvvəl 600 min lirəyə kirayə verilən malikanənin gəliri əlillərin xeyrinə istifadə edilir. Boğazın ən dəbdəbəli malikanələrindən biri olan Sakıp Sabancı Köşkü 1 milyard 250 milyon lirəyə daşınmaz əmlak saytında satışa çıxarılıb. Ümumi sahəsi 1985 kvadratmetr, xalis sahəsi 1670 kvadratmetr olan malikanəni kimin alacağı və yeni sahibinin seriallarda istifadəsinə icazə verib-verməyəcəyi maraq doğurub. 



Seçilən
134
2
news24.az

10Mənbələr