Bakının Sabunçu rayonunda 27 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Far.Az” xəbər verir ki, 1997-ci il təvəllüdlü Səttarov Murad Əhliman oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.