AZ

“Hizbullah”ın bu komandiri də öldürüldü

“Hizbullah” hərəkatının silahlı qüvvələrinin komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Akil İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Zərbələr nəticəsində Akillə birlikdə “Radvan” dəstəsinin yüksək komandanlığının nümayəndələri də öldürülüb”, - bəyanatda deyilir.

Məlumatlara görə, Akil Livanda rabitə cihazlarının partlaması nəticəsində xəsarət alıb və xəstəxanadan evə yeni buraxılıb.

“Hizbullah” hələ ki, onun ölümünü təsdiqləməyib.

Seçilən
80
4
qafqazinfo.az

5Mənbələr