AZ

SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

“Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə təşkil olunan tədbir çərçivəsində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “MOL Hungarian Oil and Gas” şirkətinin sədri və baş icraçı direktoru Zsolt Hernadi ilə görüşüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tərəflər arasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumuna əsasən, tərəflər Azərbaycanın karbohidrogen hasilatının daha da artırılması istiqamətində əməkdaşlıq edəcəklər.

Mənbə: AZƏRTAC

Seçilən
92
6
ilk.az

10Mənbələr