AZ

Aktau limanında konteyner qovşağı yaradılacaq

Çinin Sian şəhərində “Aktau limanında konteyner qovşağının tikintisi” layihəsinin həyata keçirilməsi üçün birgə müəssisənin təsis sənədləri imzalanıb.

Publika.az xəbər verir ki, “Qazaxıstan dəmir yolları”nın mətbuat xidməti məlumat yayıb.

Saziş “KTZ Express” ASC (KTJ-nin törəmə müəssisəsi), “Lyanyungan Liman DK” MMC və “Aktau dəniz ticarət limanı ”MŞ” SC arasında bağlanıb.

Konteyner mərkəzinin yaradılması layihəsi hər iki ölkənin hökumətləri tərəfindən dəstəklənib və qlobal “Bir kəmər, bir yol” təşəbbüsünün çərçivəsində həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
6
publika.az

10Mənbələr