AZ

Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Livandan çıxmağı tövsiyə edib

Britaniya

London, 21 sentyabr, AZƏRTAC

Böyük Britaniya vətəndaşlarına Livanda mövcud olan kommersiya aviaxidmətləri işlədiyi müddətdə ölkəni tərk etməyi tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

“Xarici işlər naziri Devid Lemmi Livandakı son vəziyyət və vəziyyətin kəskinləşmə riskini nəzərə alaraq davam edən hazırlıq işlərini müzakirə etmək üçün “COBRA" iclasına rəhbərlik edib. Britaniya vətəndaşlarının təhlükəsizliyi bizim bir nömrəli prioritetimizdir. Buna görə də biz vətəndaşlarımıza Livanı kommersiya reysləri mövcud olduğu müddətdə tərk etməyi tövsiyə edirik”, - deyə qeyd olunub.

ABŞ, Almaniya, Fransa, Avstraliya, Kanada, İordaniya, İtaliya və Türkiyə də öz vətəndaşlarını Livanı mümkün qədər tez tərk etməyə çağırıb. Təhlükəsizlik narahatlıqları səbəbindən “Lufthansa”, “Air France” və “Delta” kimi bir sıra beynəlxalq aviaşirkətlər Beyruta uçuşları dayandırıb. Livandan yeganə birbaşa uçuşları yalnız yerli “Middle East Airlines” şirkəti həyata keçirilir.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
71
9
azertag.az

4Mənbələr