AZ

"Yalvarıram, kömək edin"

"Xahiş edirəm, bir valideyin kimi yalvarıram, bu uşağa və o 3 saylı uşaq evində olan uşaqlara kömək edin. Bu uşağın ağrısını, iç əzabını, işgəncələrini eşidək, görək, əziz dəyərli Azərbaycan xalqı. Axı hər bir vətəndaş belə uşaqların valideynidir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında yazıb. Sənətçi "Səni axtarıram" proqramına gələn, özünü Ramal kimi təqdim edən yeniyetmənin uşaq evi ilə bağlı dediklərinə reaksiya verib. 

Oğlan uşaq evi ilə bağlı ağır ittihamlar səsləndirib. O iddia edib ki, həmin müəssisədə uşaqları kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyürlər, təhqir edirlər. Bunu isə elə orda olan digər uşaqlara tapşırırlar.  

Oksana bununla bağlı Ölkə başçısına, Birinci xanıma və polisə müraciət edib.

"Xahiş edirəm bu məsələ ilə maraqlanın. Hər zaman belə uşaqlara dəstək olmusunuz. Polis, bunu araşdırın və cəzalandırın o "qansız" müəllimləri. Elə bil onların evdə uşaqları yoxdur. Siz qansızlar necə Allahdan qorxmursunuz. Quranda yazılıb ki, yetimi incitmə, ona əzab vermə, günahdır" deyə, sənətçi paylaşımında yazıb. 

Qeyd edək ki, Ramal "Mən orada qalmaq istəmirəm, bizi hər gün “veşalka” ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb...

Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır (red: sözügedən vəzifəni Gülnarə Şəmiyeva icra edir). O da belə şeylər edir" sözlərini söyləyib.Axşam.az

Seçilən
14
6
bakivaxti.az

9Mənbələr