AZ

Vitali Borisov: "Hesabın oyuna görə olduğunu deməzdim"

"Dünənki oyunda standart vəziyyətlərdən qol buraxmamışdıq. Amma bu gün rəqib belə vəziyyətdən 4 qol vurdu. Bu da futzalda önəmli məqamdır". Sport24.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.
 
O, Çexiya komandası ilə keçirilən ikinci yoxlama matçını şərh edib: "Hesabı erkən açsaq da, üstünlüyümüzü qoruya bilmədik. Fasiləyə bərabərliklə yollandıq. Təəssüf ki, ikinci hissəyə pis başladıq. Meydan sahibi komanda dərhal qol vurdu. Sonrakı dəqiqələrdə hər şey çətinləşdi. "5-in" "4-ə" oynamaq istədik, bunun üzərində çox işləmədiyimizə görə, istədiyimiz kimi alınmadı. Yaxşı məqam o oldu ki, həmin dəqiqələrdə qol buraxmadıq. Ola bilsin, yorğunluq da sözünü desin. Çünki 7-8 futzalçı ilə oynadıq. Uşaqlar sona qədər mübarizə apardılar. Təkbətək mübarizələri uduzmadıq. Hardasa ustalıq səviyyəsində geri qalırıq. Bunlara baxmayaraq, hesabın oyuna görə olduğunu deməzdim. Bizim də ikinci hissədə 2-3 qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Yoldaşlıq oyunlarının da faydası çatışmazlıqları ortaya çıxarmaqdır".
 
Qeyd edək ki, yığmamız 0:3, və 2:6 hesabları ilə uduzub.

Seçilən
37
5
sport24.az

10Mənbələr