Sentyabrın 20-də Bakı şəhər Nərimanov Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.
Prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü ərəfəsində daha bir inzibati binanın istifadəyə verilməsini Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğısının göstəricisi olduğunu vurğulayan Baş prokuror Kamran Əliyev dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib. O, yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib, Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.
Sonda iştirakçılar binada yaradılan şəraitlə tanış olublar.
XQ