RU

Nərimanov Rayon Prokurorluğunun yeni binasının açılışı

Sentyabrın 20-də Bakı şəhər Nərimanov Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Prokurorluq orqanlarının yaradılma­sının 106-cı ildönümü ərəfəsində daha bir inzibati binanın istifadəyə verilməsi­ni Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğısının göstəricisi olduğunu vurğulayan Baş prokuror Kamran Əliyev dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqan­larının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib. O, yeni binanın isti­fadəyə verilməsini prokurorluq əməkdaşla­rının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib, Azərbaycan dövlətinin inki­şafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.

Sonda iştirakçılar binada yaradılan şə­raitlə tanış olublar. 

XQ

Избранный
18
xalqqazeti.az

1Источники