AZ

Moskvada “Azərbaycan multikulturalizmi” fənni öyrədiləcək

Moskva Cümə məscidində “Qalimcan Barudi adına mütaliələr” mövzu­sunda XVII Beynəlxalq teoloji elmi-maarifləndirici konfrans keçirilib. Məclis çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Mos-kva İslam İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu XX Beynəlxalq Müsəl­man Forumunda iştirak edən Bakı Bey­nəlxalq Multikulturalizm Mərkəzinin ic­raçı direktoru Rəvan Həsənov və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov imzalayıblar. Sənədə əsasən, Moskva İs­lam İnstitutunda “Azərbaycan multikultu­ralizmi” fənni tədris olunacaq. Həmçinin tərəflər arasında multikulturalizm və dini tolerantlıq mövzularında birgə layihələr həyata keçiriləcək. Birgə təşkil olunan seminarlar, konfranslar və müzakirələr “Azərbaycan multikulturalizmi” kursunu keçənlərə müasir dini və sosial məsələlərə dair biliklərini artırmağa kömək edəcək. Qarşılıqlı təcrübə mübadiləsi hər iki qurum üçün faydalı olacaq.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
7
xalqqazeti.az

10Mənbələr