AZ

Millimiz beynəlxalq turnirdən 3 medalla döndü

  Qazaxıstanın Atırau şəhərində keçirilən "Oil Capital Cup" turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, güləş yığmamız daha 2 medal qazanıb.

Kənan Heybətov (70 kq) 1/8 finalda qazaxıstanlı Jassulan Raximcanova (10:0), 1/4 finalda isə ukraynalı Vasil Şuptara (tuş) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda dünya ikincisi Ernazar Akmataliyevlə qarşılaşan həmyerlimiz qırğızıstanlı rəqibini 6:4 hesabıyla üstələyib. Finalda tacikistanlı Mustafa Axmedova heç bir şans verməyən (7:0) Kənan çempion olub.

79 kq-da mübarizə dairəvi sistem üzrə baş tutub. Əşrəf Aşırov rusiyalı dünya çempionu Axmed Usmanova (0:5) məğlub olsa da, digər görüşlərdə qələbə qazanıb. Aşırov qazaxıstanlı Mirzabek Nurlibekovla (tuş) ukraynalı Valentin Babiy (6:0) üzərində inamlı qələbə qazanıb. Ermənistanlı Aren İsraelyan isə xalçaya çıxmayıb. Əşrəf gümüş medalı boynundan asıb.

Qeyd edək ki, dünən Musa Ağayev (65 kq) üçüncü yeri tutub.

Beləliklə, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında çıxış edən komandamız 1 dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanıb.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
4
referans.az

5Mənbələr