Şair və qiraətçi Nazilə Səfərlinin Novxanıdakı bağ evini sıçanlar basıb.
Medianews.az olay-a istinadən bildirir ki, bu haqda sənətçi instaqram səhifəsində məlumat yayıb.
Divanın altında iki ölü sıçanın videosunu çəkib izləyiciləri ilə bölüşən Nazilə məsələni belə nəql edib:
“Vəziyyət budur… Bunlar bir-birini parçalıyıblar, sürüyüblər… Nə olubsa bilmirəm. Vəziyyət budur. İndi bunu kim atacaq? Sizin mənim evimdə nə işinin var idi? Sizə dedim axı mənə dəyib, dolaşmayın. Görürsünüz axınız nə olur…”
Qeyd edək ki, eyni vəziyyət N.Səfərlinin başına daha əvvəl də gəlib.