AZ

Millimizin baş məşqçisi: "Hesab oyuna görə olmadı"

Futzal üzrə Azərbaycan millisi Çexiyaya yoxlama oyununda 2:6 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Vitali Borisov görüşü belə şərh edib:

“Əvvəlki oyunda standart vəziyyətlərdən qol buraxmamışdıq. Amma bu gün rəqib belə vəziyyətdən 4 qol vurdu. Bu da futzalda önəmli məqamdır. Hesabı erkən açsaq da, üstünlüyümüzü qoruya bilmədik. Fasiləyə bərabərliklə yollandıq. Təəssüf ki, ikinci hissəyə pis başladıq. Meydan sahibi komanda dərhal qol vurdu. Sonrakı dəqiqələrdə hər şey çətinləşdi. “5-in” “4-ə” oynamaq istədik, bunun üzərində çox işləmədiyimizə görə, istədiyimiz kimi alınmadı. Yaxşı məqam o oldu ki, həmin dəqiqələrdə qol buraxmadıq. Ola bilsin, yorğunluq da sözünü desin. Çünki 7-8 futzalçı ilə oynadıq. Uşaqlar sona qədər mübarizə apardılar. Təkbətək mübarizələri uduzmadıq. Hardasa ustalıq səviyyəsində geri qalırıq. Bunlara baxmayaraq, hesabın oyuna görə olduğunu deməzdim. Bizim də ikinci hissədə 2-3 qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Yoldaşlıq oyunlarının da faydası çatışmazlıqları ortaya çıxarmaqdır”.

saytlarin hazirlanmasi

Seçilən
35
5
sportal.az

10Mənbələr