AZ

“Deməzdim ki, “Nefrçi”də qruplaşma var, lakin…”

style='margin-bottom:10px;'>

“Neftçi”nin hücumçusu Andre Şinyaşikinin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasında “Neftçi” 7-ci oyunda da qələbəyə həsrət qaldı. “Qarabağ”dan alınan 0:4 hesablı məğlubiyyəti necə şərh edərdiniz?

- Çətin oyun oldu. Əvvəldən də belə olacağını bilirdik. “Qarabağ”ın gücü hər kəsə məlumdur. İstədiyimiz kimi çıxış edə bilmədik. Təəssüf ki, məğlub olduq. Artıq bu matçı kənara qoyub, növbəti tura hazırlaşmalıyıq.

- Hər dəfə eyni sualı veririk, lakin hələ də cavab tapmaq mümkün olmur. Problem nədədir, “Neftçi” nə üçün qələbə qazana bilmir?

- Bu sualın cavabını bilsəydim, müdaxilə edərdim və hər şey də başqa cür olardı. Mən öz adımdan deyə bilərəm ki, üzərimə düşəni edirəm, məşqlərdə də maksimum dərəcədə çalışıram ki, komandama fayda verim.

- “Neftçi” bu matçda hücumda çox aciz görsənirdi. Bu, rəqibə görə idi?

- Rəqib istədiyimiz oyunu göstərməyimizə imkan vermədi. Elə özümüz də zəif çıxış etdik. İnanın ki, komandada hər kəs əlindən gələni edir ki, vəziyyəti dəyişək. Hamı meydanda canını qoymağa çalışır. Təəssüf ki, hələlik vəziyyəti dəyişmək mümküm olur.

- Nəticə olmayanda, söz-söhbətlər də çox olur. “Neftçi”də qruplaşmalar olduğu barədə söz-söhbət gəzir. Komandanın daxilində belə bir şey hiss etmisiniz?

- Deməzdim komandada qruplaşma var, lakin meydandan kənarda mehribançılıq daha da çox olmalıdır. Bu amil yaxşılaşmalıdır ki, daha da güclü kollektiv yarada bilək.

- Oyundan sonra xeyli müddət azarkeşlərlə söhbətiniz oldu. Maraqlıdır, nə danışdınız, fanatlara nə söz verdiniz ki, sonda sizi dəstəklədilər?

- Azarkeşlərə söz verdik ki, qarşıdakı turlarda daha fərqli, istədikləri “Neftçi”ni görəcəklər. Növbəti 2 turda “Sumqayıt” və “Kəpəz”lə matçlarda daha yaxşı oyun və qələbə ilə onları sevindirəcəyimizə söz verdik.

Seçilən
4
3
teleqraf.com

4Mənbələr