BMT-nin baş qərargahında “Gələcəyin Sammiti”ndə iştirak etmək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, qurumun Departament rəhbəri Elnur Bağırlı, beynəlxalq layihələr üzrə meneceri Türkan Orucova ABŞ-da səfərdədirlər.
“İki sahil” xəbər verir ki, sammitdən əvvəl Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəsi Yaşar Əliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin heyəti ilə görüşüb. Görüşdə, həmçinin Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev də iştirak edib.