AZ

Qarabağ Universitetində gələn il tibb fakültəsi açılacaq - Qarabağ Universitetinin rektoru

Xankəndi. Trend:

Qarabağ Universiteti müasir standartlara uyğun qurulub.

Bu barədə Trend-insuallarını cavablandırarkən Qarabağ Universitetinin rektoru ŞahinBayramov deyib.

O qeyd edib ki, yeni dövrün mütəxəssislərinin hazırlanmasıbaxımından yeni məzmun hazırlanıb.

"Komandamız peşəkarlardan ibarətdir. Bu səbəbdən QarabağUniversiteti ən keyfiyyətli ali təhsil xidmətləri göstərəcək. İlktədris ili üçün 1154 tələbə universitetə qəbul olub. Universitetdəisə 160 əməkdaş fəaliyyət göstərəcək. Qarabağ Universitetininqarşısında xüsusi taprşırıqlar və vəzifələr qoyulub. Tələbələrimizqəbul imtahanında yüksək bal toplayıb. Növbəti illərdə yeniixtisaslar yaradılacaq. Qarabağ Universitetində növbəti tədrisilində tibb fakültəsinə tələbə qəbulu həyata keçiriləcək. Tamamiləfərqli bir məzmunda tibb təhsili veriləcək. Qarabağ Universitetihəm də tədqiqat yönümlü universitet olmağı planlayır", - deyə obildirib.

Qeyd edək ki, Qarabağ Universiteti hazırda 3 tədris binasındayerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar vəsosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədrisbinasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalqdil mərkəzi fəaliyyət göstərir.

Bu tədris ilində ölkənin və regionun ehtiyacları, həmçininbeynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkinmərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə -Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat,Mühəndislik və Turizm fakültələrində aparılacaq.

Məqalədə:
Seçilən
20
10
az.trend.az

10Mənbələr