AZ

Nazir: Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.

Bunu Qazaxıstan müdafiə naziri Ruslan Jaksılıkov ölkəsində Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi barədə danışarkən deyib.

O söyləyib ki, təlimlər bunu bir daha göstərib: “Ortaq əməliyyat nəticəsində gördük ki, adı çəkilən ölkələrin hərbi birləşmələri birgə hərəkət edə bilərlər”.

Nazir, həmçinin qeyd edib ki, xüsusilə terror təhdidinə qarşı birgə səylər daha da gücləndirilir.

Qeyd edək ki, "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi sentyabrın 12-də başlayıb və on gün davam edib. (Report)

Seçilən
19
15
xezerxeber.az

10Mənbələr