AZ

Ceyhun Sultanov: “Bu kluba tarixin ən zəif “Neftçi”si deməzdim”

“Qarabağ” bütün komponentlərdə “Neftçi”dən üstün futbol oynadı”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov deyib.

Veteran futbolçu Misli Premyer Liqasının VII turunun “Qarabağ” – “Neftçi” (4:0) matçını şərh edib: “Qarabağ” hətta daha çox qol vura bilərdi. Düşünürəm ki, hər zaman olduğu kimi, yenə də Qurban Qurbanovun komandası tam gücü ilə oynadı. Hesab oyuna görə oldu”.

Sultanov “Neftçi”nin hazırkı durumundan da danışıb: “Bu kluba tarixin ən zəif “Neftçi”si deməzdim. Çünki futbolçu keyfiyyəti o qədər aşağı deyil ki, ən zəif “Neftçi” olsun. Onların bundan da zəif heyəti olub, amma bu vəziyyətdə olmayıblar. Qırağdan görünən odur ki, futbolçuların keyfiyyəti “Zirə”dən, “Sabah”dan aşağı deyil. “Neftçi”nin heyəti “Səbail”dən, “Şamaxı”dan da aşağı deyil, lakin bu komandalar da onlardan yaxşı görünür. Klubda oyun yoxdu. İçəridə nə olur bilmirəm, ancaq görünür ki, bu gün “Neftçi” mübarizə aparacaq gücdə deyil. Tək-tək oyunçuları götürsəz görəcəksiz ki, hər biri normal komandalarda oynayıblar”.

Qeyd edək ki, bu gün Misli Premyer Liqasında daha 1 oyun keçiriləcək. “Turan Tovuz” “Araz Naxçıvan”ı sınağa çəkəcək.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
idman.biz

2Mənbələr