AZ

ATV jurnalist Samir Feyruzovu məhkəməyə verir - "Serialda trans, gey obrazının olmaması ..." QALMAQAL

"Özünü “Post TV”nin direktoru olaraq təqdim edən Samir Feyruzov adlı şəxs feysbuk hesabında ATV ilə bağlı həqiqəti əks etdirməyən post paylaşıb. Bu şəxsin sözlərinə görə, bir müddət əvvəl ATV telekanalına təklif olunan seriallardan birinin qəbul edilməməsinin səbəbi kimi həmin layihədə trans, gey obrazının olmaması olub. Və həmin obraz seriala daxil edildikdən sonra layihə ekranlaşdırılıb".

Musavat.com bildirir ki, bu barədə ATV kanalı məlumat yayıb. O da qeyd edilib ki, ATV kanalı həmin şəxsi məhkəməyə verməyə hazırlaşır:

“Samir Feyruzovun, heç bir fakt ortaya qoymadan, ATV-nin imicinə xələl gətirmək istəyi, telekanalın ünvanına şər-böhtan atması yol verilməzdir. Biz ATV telekanalı olaraq, həmin şəxsdən yazdığı postla bağlı faktları təqdim etməsini tələb edirik. Əks halda, bu yazının sifarişli yazı olması ehtimalı dəqiqləşəcək və biz ATV telekanalının imicinə xələl gətirməsi, həqiqəti əks etdirməyən məlumatları paylaşması və telekanalın ünvanına şər-böhtan atması, kanalı təhqir etməsi ilə bağlı məhkəməyə müraciət edəcəyik. Mətbuat Şurası, Media İnkişaf Agentliyi və Audiovizual şuradan məsələni diqqətdə saxlamağı və bu mövzunu araşdırmaqlarını xahiş edirik”.

Qeyd edək ki, jurnalist Samir Feyruzov ATV kanalının məhkəmə xəbərdarlığına bu cür reaksiya verib:

"İki gün əvvəl analitik yazı paylaşmışdım. Yazıda ATV kanalı ilə bağlı da iradlar yazmışdım.

İndi baxıram ki, ATV  rəhbəri Azər Xəlilov bəyanat verib və məni hədələyir, MEDİA-ya, MŞ-a müraciət edir, məhkəmə ilə qorxudur. Mən geylərdən yazmışam, niyə narahatsan, hansı məqsədlə onları müdafiə edirsən?"

 

Xalidə Gəray

Musavat.com

Seçilən
27
21
musavat.com

10Mənbələr