AZ

Gəncədə güclü partlayış olub - FHN AÇIQLAMA YAYDI

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, "112” qaynar telefon xəttinə Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 4 ünvanında yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Həmçinin oxu:  Azərbaycanda məşhur müğənni vəfat etdi

                          Monqolustan Putini niyə tutmadı? - Açıqlama

                         Bu rayonda ƏMƏLİYYAT: vəzifəli şəxslər saxlanıldı

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 54kv.m olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib".

Məlumatda qeyd edilib ki, hadisə nəticəsində xəsarət alaraq mənzildə köməksiz vəziyyətdə qalan 1940-cı il təvəllüdlü Orucova Tavlina Şamilovna yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Partlayış nəticəsində mənzilə və binanın qarşısında park edilmiş üç avtomobilə ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Seçilən
11
17
oxu24.com

10Mənbələr