AZ

“Araz”, vergi uçotu üzrə Aparıcı mühasib AXTARIR

“Araz” supermarketlər şəbəkəsi, vergi uçotu üzrə Aparıcı mühasib vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Öhdəliklər:

  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
  • Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
  • Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
  • Aylıq hazırlanmalı olan ƏDV hesabatına məlumatların yığılması, sistemə işlənməsi və paketlənib vergi orqanına göndərilməsini təmin etmək;
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
  • Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;

Tələblər: 

  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
  • ACCA və IFRS üzrə biliklərin olması arzu olunandır;
  • Logo (Tiger) proqram biliyinin olması arzu olunandır.
  • E-gov.az,e-taxes.gov.az,stat.gov.az dövlət platformalarında işləmək bacarığı;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığının olması;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • SAP bilikəri üstünlükdür.

İş şəraiti:

  • Nahar ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük iş qrafiki
  • Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Vergi uçotu üzrə Aparıcı mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər: Career@retail.az

Zemfira Ms
Fins.az

Seçilən
29
37
fins.az

10Mənbələr