AZ

Şəmkirdə üç nəfəri iş zamanı “tok” vurub öldürdü -

Şəmkirdə üç nəfəri iş zamanı “tok” vurub öldürdü -

Şəmkirdə elektrik cərəyanı vurması nəticəsində üç nəfərin ölümünün bəzi təfərrüatları məlum olub.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxslər Könüllü kəndində sahibkara məxsus istixana sisteminə sellofan çəkirmiş. Bu zaman onların istifadə etdiyi dəmir pilləkən elektrik cərəyanına dəyib. Nəticədə üç nəfər yerindəcə həyatını itirib.Ölən şəxslərdən ikisi Könüllü kəndindən, bir nəfər isə Ağstafa rayonundandır. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub, araşdırma başlanılıb.***Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.Hadisə rayonun Könüllü kəndi ərazisində qeydə alınıb.Dəmir nərdivanın elektrik xəttinə toxunması nəticəsində 3 nəfəri elektrik cərəyanı vurub.Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişənlər Bağırov Əkbər, Məmmədov İsmət və Böyükkişiyev Adil adlı şəxslərdir.Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
11
afn.az

10Mənbələr