AZ

İti rəngləyib, panda olaraq TƏQDİM ETDİLƏR

Çinin Quandun şəhərindəki "Qəribə heyvanlar və sevimli ev heyvanları üçün cənnət" adlı zoopark, illərdir panda kimi təqdim etdiyi iki heyvanın chow chow cinsli it olduğunu etiraf edib.

News24.az xəbər verir ki, zooparkın direktoru mövzu ilə bağlı verdiyi açıqlamada, "Adımızdan da göründüyü kimi, biz "Qəribə Heyvanlar və Şirin Ev Heyvanları Cənnəti"yik. Bu itlər panda kimi boyanıb, çünki bu, bizim təcrübəmizin bir hissəsidir" deyib. 

Direktor itlərin böyük ziyarətçi axınına səbəb olduğunu da vurğulayıb.

Bu, Çində heyvanların pandalara və ya digər vəhşi heyvanlara bənzəyəcək şəkildə rənglənməsi ilk dəfə deyil. Oxşar qalmaqal daha əvvəl şərqi Tszyansu əyalətindəki başqa bir zooparkda da baş verib.

Çində bu cür təcrübələr həm heyvan sağlamlığı, həm də etik məsələlər baxımından ciddi müzakirələrə səbəb olur. Ziyarətçilər heyvanların təbii halında sərgilənməli olduğunu iddia edərkən, zooparkların bu cür aldadıcı üsullara əl atmasının etibarın itirilməsinə səbəb olduğu ifadə edilib.

Məryəm İlhamqızı


Seçilən
14
7
news24.az

10Mənbələr