AZ

Mərkəzi Bank yüksək bacarıqlı Aparıcı mütəxəssis AXTARIR!

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Strategiya və layihə idarəetməsi departamenti , Strateji planlaşdırma şöbəsi - Aparıcı mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Strateji idarəetmə üzrə metodoloji sənədləri formalaşdırır və yeni çağırışlara uyğunluğunu təmin edir; 
  • Milli strategiya və dövlət proqramları üzrə aidiyyəti tədbirlərin planlaşdırılması prosesində bankdaxili və dövlət qurumları ilə kommunikasiya və koordinasiyanı həyata keçirir;
  • Milli strategiya və dövlət proqramları üzrə Mərkəzi Bankın icraçı olduğu tədbirlərin həyata keçirilməsi istiqamətində monitorinq və hesabatlığı təşkil edir;
  • Dövrü olaraq Mərkəzi Bankın strategiyasının formalaşdırılması istiqamətində strateji təhlilləri həyata keçirir və strateji məqsədlərin müəyyən edilməsi prosesində iştirak edir;
  • Strateji məqsədlər üzrə hədəf göstəricilərin, təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılması, əsas risklərin müəyyən edilməsi, eləcə də, strateji təşəbbüslər üzrə təhlillərin aparılması prosesini idarə edir; 
  • Strateji təşəbbüslər üzrə Fəaliyyət planlarını hazırlayır, monitorinq və hesabatlığını həyata keçirir; 
  • Strategiyanı nəzərdən keçirir və növbəti strateji dövr üçün hazırlıq prosesində iştirak edir;
  • Strateji idarəetmə istiqamətində yeniliklərlə bağlı müxtəlif araşdırmalar və təhlillər aparır;
  • Departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Tələblər:

  • Layihələrin idarəolunması
  • Strateji idarəetmə 
  • İnnovativlik və kreativlik bacarığı
  • Stressə davamlılıq
  • Maliyyə sektoru üzrə biliklər 
  • Təşkilatçılıq və planlaşdırma
  • Təqdimat və yazı bacarıqları
  • Ünsiyyətqurma və komanda ilə işləmək bacarığı 
  • Analitik düşünmə bacarığı
  • Araşdırma aparma
  • Vaxtın idarəedilməsi bacarığı
  • Qərar qəbul etmə bacarığı;

Digər tələblər:

  • Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə  / İngilis dili - yüksək səviyyədə 
  • Təcrübə - Müvafiq sahədə ən azı 3 il 
  • Təhsil - Müvafiq sahədə (idarəetmə, iqtisadiyyat, maliyyə və s. əlaqəli ixtisaslar üzrə) ali təhsil
  • Kompüter bacarıqları - MS Office proqramları, xüsusilə MS Word, MS Excel və MS Power Point yüksək səviyyədə
  • Sertifikatlar - Beynəlxalq sertifikasiya (PMP, PRINCE2 və/və ya digər sertifikasiya) olması üstünlükdür.

Link-ə keçid edərək müraciət edə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
80
37
fins.az

10Mənbələr