Azərbaycan Respublikasının Mərkəzi Bankı, Aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Strategiya və layihə idarəetməsi departamenti , Strateji planlaşdırma şöbəsi - Aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
- Strateji idarəetmə üzrə metodoloji sənədləri formalaşdırır və yeni çağırışlara uyğunluğunu təmin edir;
- Milli strategiya və dövlət proqramları üzrə aidiyyəti tədbirlərin planlaşdırılması prosesində bankdaxili və dövlət qurumları ilə kommunikasiya və koordinasiyanı həyata keçirir;
- Milli strategiya və dövlət proqramları üzrə Mərkəzi Bankın icraçı olduğu tədbirlərin həyata keçirilməsi istiqamətində monitorinq və hesabatlığı təşkil edir;
- Dövrü olaraq Mərkəzi Bankın strategiyasının formalaşdırılması istiqamətində strateji təhlilləri həyata keçirir və strateji məqsədlərin müəyyən edilməsi prosesində iştirak edir;
- Strateji məqsədlər üzrə hədəf göstəricilərin, təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılması, əsas risklərin müəyyən edilməsi, eləcə də, strateji təşəbbüslər üzrə təhlillərin aparılması prosesini idarə edir;
- Strateji təşəbbüslər üzrə Fəaliyyət planlarını hazırlayır, monitorinq və hesabatlığını həyata keçirir;
- Strategiyanı nəzərdən keçirir və növbəti strateji dövr üçün hazırlıq prosesində iştirak edir;
- Strateji idarəetmə istiqamətində yeniliklərlə bağlı müxtəlif araşdırmalar və təhlillər aparır;
- Departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Tələblər:
- Layihələrin idarəolunması
- Strateji idarəetmə
- İnnovativlik və kreativlik bacarığı
- Stressə davamlılıq
- Maliyyə sektoru üzrə biliklər
- Təşkilatçılıq və planlaşdırma
- Təqdimat və yazı bacarıqları
- Ünsiyyətqurma və komanda ilə işləmək bacarığı
- Analitik düşünmə bacarığı
- Araşdırma aparma
- Vaxtın idarəedilməsi bacarığı
- Qərar qəbul etmə bacarığı;
Digər tələblər:
- Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə / İngilis dili - yüksək səviyyədə
- Təcrübə - Müvafiq sahədə ən azı 3 il
- Təhsil - Müvafiq sahədə (idarəetmə, iqtisadiyyat, maliyyə və s. əlaqəli ixtisaslar üzrə) ali təhsil
- Kompüter bacarıqları - MS Office proqramları, xüsusilə MS Word, MS Excel və MS Power Point yüksək səviyyədə
- Sertifikatlar - Beynəlxalq sertifikasiya (PMP, PRINCE2 və/və ya digər sertifikasiya) olması üstünlükdür.
Link-ə keçid edərək müraciət edə bilərsiniz.
Zemfira Ms
Fins.az