AZ

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Milli Məclisdəki çıxışını geniş işıqlandırıb

Image

Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin açılışındakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub. Belə ki, newsday.ge, 24news.ge, aktual.ge, interpress.ge portalları, 1tv.ge, trt-georgia televiziya kanallarında dövlətimizin başçısının çıxışından materiallar yayımlanıb. Newsday.ge portalında Azərbaycan Prezidentinin Ermənistana silah verən ölkələrə xəbərdarlığından və ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində görülən işlərdən bəhs olunur.


Materialda deyilir: “Bizim sərhədboyu yerləşən hərbi mövqelərimiz möhkəmlənir. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Bəzi hallarda açıq - necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır - bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Yəni, bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik”.

1tv.ge televiziya kanalında yayımlanan materiallarda dünya silah bazarında təbii olaraq qıtlıq yaranıbdır. Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda, bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Onsuz da bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir. Bu, bizim bir çox ölkələrlə apardığımız danışıqların, o cümlədən iqtisadi və sərmayə qoyuluşu sahəsində aparılan danışıqların tərkib hissəsidir - biz yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevrilək və bu imkanlar var.

Aktual.ge portalında Ermənistanın bilərəkdən sülh prosesini gecikdirdiyi, bununla vaxt udmaq istədiyi qeyd olunub. Materialda deyilir: “Fransadan pulsuz silah alan Ermənistan Azərbaycana qarşı baş verə biləcək bütün rəsmi ərazi iddialarına son qoyulmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır”.

Mətləb Salahov






Seçilən
35
1
baki-xeber.com

2Mənbələr