AZ

Tramp İranla bağlı iddia: "Həyatıma təhlükə var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp İranın onun həyatı üçün təhlükə yaratdığını iddia edib.
Oxu.Az-ın xəbərinə görə, o bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"İran mənim həyatımı ciddi şəkildə təhdid edir. ABŞ ordusu müşahidə edir və gözləyir. İran artıq addımlar atıb və uğursuzluğa düçar olub, lakin yenidən cəhd edəcək", - deyə Tramp bildirib.
O əlavə edib ki, o, heç vaxt olmadığı qədər çox insan və silahla əhatə olunub.
Tramp, həmçinin özünün mühafizəsi üçün Məxfi Xidmətə əlavə vəsaiti təsdiqlədiyinə görə ABŞ Konqresinə təşəkkür edib.
Seçilən
4
50
oxu.az

10Mənbələr