AZ

Cüdo: Avropa çempionatının ilk günündə 4 “bürünc”

Cüdo üzrə Azərbaycan millisinin dörd üzvü Almaniyada 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb.

Arena.az xəbər verir ki, Potsdam şəhərində təşkil olunmuş qitə birinciliyinin ilk günündə mübarizəyə qoşulan 9 nəfərdən 4-ü bürünc mükafata yiyələnib.

Bunlar Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyevadır (52 kq).

Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), Qasım Vəlizadə (66 kq) və Qadir Hüseynov (73 kq) isə uğursuz çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan yığması bu yarışda qızlar və oğlanlar arasında 14 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunur. Avropa çempionatında cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç, böyüklərdən ibarət millinin məşqçisi Rüstəm Alimli rəhbərlik edirlər. Xanım cüdoçularımız isə qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədovun rəhbərliyi altında çıxış edirlər.

İdmançılar 17-18 noyabrda çempionatın fərdi yarışlarında, 19 noyabrda isə komanda yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alır.

Seçilən
667
20
arena.az

10Mənbələr