AZ

Ərdoğan Paşinyanın ümidlərini yenə “dəfn” etdi: Türk İttifaqı İrəvanın məkrli planını pozur

Baş nazir Nikol Paşinyanın yalnız Ermənistanın maraqlarına uyğun olan hiyləgər və məkrli planının baş tutma ehtimalı artıq inandırıcı deyil, çünki rəsmi Ankaradan sərt və prinsipial xəbərdarlıq mesajı aldı... Rəsmi İrəvan Türkiyə ilə münasibətləri normallaşdırıb, Ermənistanı inkişaf etdirmək şansı qazanmaq üçün Azərbaycanın dəyişməz xarakter daşıyan, olduqca ağır və haqlı şərtlərini mütləq yerinə yetirməyə məcburdur...

Ermənistan üzləşdiyi ağır geopolitik situasiyadan çıxış yolları axtarmaq məcburiyyətində qalıb. Belə ki, rəsmi İrəvan ABŞ və Qərbin Cənubi Qafqaz maraqlarına xidmət etməklə, Ermənistanın gələcəyə yönəlik inkişaf perspektivlərini böyük ölçüdə artıq bloklayıb. Üstəlik, rəsmi İrəvan Ermənistanı Qərbin geopolitik müstəmləkəsinə çevirmiş olsa da, bunun qarşılığında gözləntilərini almaqda da çətinlik çəkir. Yəni, Qərb öz geopolitik planlarına alət etdiyi Ermənistana maliyyə-iqtisadi cəhətdən geniş dəstək verməyə tələsmir. Və hətta Qərb siyasi dairələrində Ermənistanla bağlı belə həvəsin olduğu da hazırda qətiyyən müşahidə edilmir.

Ona görə də, Paşinyan hakimiyyəti ABŞ və Qərblə tərəfdaşlığa alternativ istiqamətlərin sınaqdan çıxarılması barədə də düşünməyə başlayıb. Çünki Ermənistan hazırda nəqliyyat-kommunikasiya və iqtisadi-ticari blokada vəziyyətindədir. Rəsmi İrəvanın Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi-ticari tərəfdaşlığı Ermınistana sürətli inkişaf imkanları açılacaq potensialdan çox-çox uzaqdır. Və bu baxımdan, rəsmi İrəvan həm Qərb, həm də Rusiya istiqamətinə alternativ iqtisadi-ticari məkan axtarmaq məcburiyyətində qalıb.

Nə qədər qəribə də olsa, hazırda həm Qərb, həm də Rusiya iqtisadi-ticari istiqamətlərinə ən sərfəli alternativ məkan rolunu yalnız Türk İttifaqı – Azərbaycan və Türkiyə oynaya bilər. Çünki hər hansı bir ölkənin sosial-iqtisadi inkişafında əsas faktorlardan biri məhz sərhəd qonşusu olan dövlətlərlə iqtisadi-ticari münasibətlərin ən yüksək səviyyədə olmasıdır. Ermənistan isə bu istiqamətdə ən önəmli iki sərhəd qonşusu – Azərbaycan və Türkiyə ilə münsibətləri düşmənçilik məzmunu daşıyır. Və bu səbəbdən də, Ermənistanı inkişaf perspektivlərindən məhrum buraxan blokada vəziyyəti dəyişməz qalmaqdadır.

Maraqlıdır ki, rəsmi İrəvan bu problemi aradan qaldırmaq üçün müəyyən hiyləgər manevrlərə cəhd göstərməyə başlayıb. Belə ki, Paşinyan hakimiyyəti Azərbaycana 17 müddəasından yalnız 13-nün razılaşdırıldığı yarımçıq sülh sazişi imzalamağı təklif edir. Rəsmi İrəvan bu təkliflə bir neçə hədəfə eyni vaxtda nail olmağa can atır. Birincisi, əgər, belə bir yarımçıq sülh sazişi imzalanarsa, Ermənistanın beynəlxalq məkanda siyasi manevr imkanları genişlənmiş olacaq. Və rəsmi İrəvan sülh sazişini ön plana keçirərək, Qərbən Ermənistan iqtisadiyyatına daha çox maliyyə dəstəyi qopara biləcəyinə ümid bəsləyir.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan yarımçıq sülh sazişinin imzalanmasından sonra Azərbaycanla yalnız diplomatik deyil, həm də iqtisadi-ticari münasibətlərin qurula biləcəyini hesablayır. Bu halda, Ermənistan Azərbaycanla ticari əməkdaşlıq sayəsində öz iqtisadiyyatına əlavə maliyyə qaynağı aça biləcəyini düşünür. Yəni, Azərbaycanla iqtisadi-ticari əməkdaşlıq sayəsində Ermənistanın inkişaf perspektivlərini gücləndirməyi hədəfləyir. Və bu, Ermənistan üçün olduqca sərfəli modellərin sırasında ön planda yer alır.

Baş nazir Nikol Paşinyanın yarımçıq sülh sazişi təklifinin üçüncü hədəfi isə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi qarşısında duran daha bir önəmli əngəli aradan qaldırmaqdır. Belə ki, rəsmi Ankaranın münasibətlərin normallaşdırılması üçün Paşinyan hakimiyyəti qarşısındakı əsas şərtlərindən biri də Ermənistanın Azərbaycanla yekun sülh sazişinin mütləq imzalanmasından ibarətdir. Yəni, erməni baş nazir bu hiyləgər manevrlə həm Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırıb, bunun maliyyə-iqtisadi istiqamətlərindən maksimum səviyyədə faydalanmaq istəyir. Həm də yarımçıq sülıh sazişinin imzalanması sayəsində Azərbaycana qarşı ərazi iddialarını daha uyğun zamana doğru daşımaq şansı qazanmaq niyyəti güdür.

Ancaq Azərbaycan və Türkiyənin Paşinyan hakimiyyətinin bu hiyləgər manevrinə pozitiv qarşılıq verəcəyi qətiyyən inandırıcı görünmür. Belə ki, rəsmi Bakı heç bir halda, natamam sənəd əsasında yarımçıq sülh sazişini imzalamaz. Eyni zamanda, öz məkrli və absurd iddialarından tamamilə imtina etməmiş Ermənistana Azərbaycanla iqtisadi-ticari əməkdaşlıq sayəsində inkişaf edib, güclənmək şansı tanımaz. Yükun sülh sazişinin imzalanması üçün həmin sənədin tam mətninin razılaşdırılması qaçılmazdır. Halbuki, yekun sülh sazişinin imzalanması üçün heç bu da yetərli deyil. Və bunun üçün rəsmi İrəvan həm də Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi barədə prinsipial şərtini də yerinə yetirçəli olacaq.

Onu da qeyd edək ki, baş nazir Nikol Paşinyan Azərbayucanla yarımşıq sülh sazişi imzalamaq niyyətini növbəti dəfə gündəmə gətirib. Belə ki, ABŞ-da Türk evini ziyarət edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Ermənistan baş naziri Nikol Paşinyan bu məkrli planını təkrarlayıb. Türkiyə liderinin reaksiyası isə olduqca konkret və dəqiq məzmun daşıyırb. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün rəsmi Ankaranın öz əsas şərtinə sadiq qaldığına eyham vurub.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyanın yalnız Ermənistanın maraqlarına uyğun olan hiyləgər planının baş tutma ehtimalı yoxdur. Çünki erməni baş nazir rəsmi Ankaradan Azərbaycanla yekun sülh sazişinin imzalanmasının vacibliyi ilə bağlı birmənalı xarakter daşıyan mesaj almış oldu. İndi rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə normal münasibətlər istəyirsə, bir tərəfdən, yekun sülh sazişinin tam mətndə razılaşdırılması barədə düşünməlidir. Digər tərəfdənsə, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasını da mütləq dəyişməlidir. Əks halda, Ermənistanın Türk İttifaqı - Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əməkdaşlıq sayəsində inkişaf perspektivləri qazanması yaxın gələcəkdə baş tutmayacaq.(Yeni Müsavat)

Seçilən
95
50
olke.az

10Mənbələr