AZ

Bu ərazilərə səfər etməyin! - ÇAĞIRIŞ!

Azərbaycanın Xarici İşlər Nazirliyi Livan və İsrail arasındakı gərginliklə əlaqədar vətəndaşları İsrailin Livan sərhədinə yaxın ərazilərinə səfər etməməyə çağırış edib.
BusinessTime xəbər verir ki, bu barədə XİN-in müraciətində bildirilib.
“Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq.
Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik”, – XİN-in mətbuat xidməti qeyd edib.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
[email protected]+972 50 356 95 82
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi
[email protected]+961 4 922 066.

Seçilən
92
33
businesstime.az

10Mənbələr