Azərbaycan Ordusunun Qarabağı azad etdiyi 44 günlük Vətən Müharibəsinin dördüncü ildönümü ilə əlaqədar İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur.
Teleqraf.com-un məlumatına görə, şəhidlərin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, eləcə də şəhər sakinləri xiyabana gələrək onların xatirəsini hörmətlə yad edir, məzarları önünə gül və əklil qoyurlar.
Qeyd edək ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi ilə 44 gün ərzində Azərbaycanın Qarabağ bölgəsi işğaldan azad olunub.
Müəllif: Teleqraf.com