AZ

Həsən Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"

Xəbər verildiyi kimi, dünən - sentyabrın 27-i axşam saatlarından yayılan məlumatlara görə, İsrail mediası  "Hizbullah"ın rəhbəri Həsən Nəsrullahın Beyrutdakı yeraltı qərargahına qarşı hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib.

Moderator.az xəbər verir ki, "Reuters"in təxminən 2 saat öncə yaydığı məlumata görə, zərbələrdən bir neçə saat sonra "Hizbullah" mənbələri liderlərinin taleyi ilə bağlı açıqlama verməyib. Lakin "Hizbullah"a yaxın mənbə "Reuters"-ə Nəsrullahın sağ olduğunu və İranın "Tasnim№" xəbər agentliyinin də onun təhlükəsiz olduğunu bildirib.

Livan silahlı qruplaşmasına yaxın mənbə isə "Reuters" agentliyinə bildirib ki, cümə günü axşam İsrailin Beyrutun cənub ətrafına endirdiyi zərbələrdən sonra "Hizbullah"ın rəhbəri Həsən Nəsrullahla əlaqə kəsilib. 

İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi Tehranın "Reuters" agentliyinə onun vəziyyətinin yoxlanıldığını söyləyib.

"Assoşeyted-pres"in 1 saat öncə yaydığı məlumata görə,  İsrail ordusu cümə günü "Hizbullah"ın Beyrutdakı qərargahını yaraqlı qrupun liderini hədəf alan və çoxsaylı hündürmərtəbəli yaşayış binalarını yerlə-yeksan edən bir sıra güclü partlayışlar törətdiyini bildirib .

Livanın Səhiyyə Nazirliyi bildirib ki, azı 6 nəfər ölüb, 91 nəfər yaralanıb. Bu, son bir ildə Livanın paytaxtında baş vermiş ən böyük partlayış idi və çox güman ki, gərginləşən münaqişəni tamhüquqlu müharibəyə yaxınlaşdıracaq.

Bir ABŞ rəsmisi də daxil olmaqla, adının açıqlanmasını istəməyən iki şəxsin sözlərinə görə, "Hizbullah" lideri Həsən Nəsrullah qruplaşmanın qərargahına endirilən zərbələrin hədəfi olub. İsrail ordusu kimin hədəf alındığı barədə şərh verməkdən imtina edib. Nəsrullahın hadisə yerində olub-olmadığı dəqiq məlum deyil və "Hizbullah" bu xəbəri şərh etməyib.

"Cümə günü İsrailin yüksək səviyyəli "Hizbullah" komandirləri qrupun Beyrut ətrafında yerləşən mərkəzi qərargahına endirdiyi zərbənin hədəfi olub, lakin hücumun "Hizbullah" lideri Seyid Həsən Nəsrullahı məhv edib-etmədiyini söyləmək hələ tezdir",- yüksək rütbəli İsrail rəsmisi cümə günü bildirib.

 

Seçilən
47
27
moderator.az

8Mənbələr