AZ

Nəsrullahın ölümü təsdiqləndi, o əvəz edəcək: Xameneyi "gizli yerə" aparıldı - FOTO

Livanın "Hizbullah" təşkilatı İsrailin Beyruta endirdiyi zərbələr zamanı təşkilatın baş katibi Həsən Nəsrullahın öldüyünü təsdiqləyib.

Azreform.info xəbər verir ki, bu barədə Əl Manar telekanalı xəbər verir.

Məlumata görə, onun yerini Livan partiyasının icra şurasının rəhbəri və əmisi oğlu Haşim Safiyeddin tutacaq.

Reuters yazır ki, İsrail ordusunun Hizbullah liderlərini öldürməsi xəbərlərindən sonra İranda təhlükəsizlik tədbirləri gücləndirilib. Ayətullah Əli Xameneyi “təhlükəsiz yerə” aparılıb. Ayətullah özü müraciət edərək, İsrailin hərəkətlərini “qısagörənlik və axmaqlıq” adlandırıb. O, İsrailin Livana aviazərbələrini pisləyib, lakin İsrailin Hizbullah lideri Həsən Nəsrullahın ölümü ilə bağlı bəyanatlarına heç bir şərh verməyib.

Hədəfi Nəsrullah olan əməliyyat sentyabrın 27-də axşam saatlarında İsrail qüvvələri tərəfindən həyata keçirilib. Zərbə qrupun Beyrutdakı yaşayış binasının altında yerləşən yeraltı mərkəzi qərargahına hər biri 1 ton ağırlığında 80-dən çox bomba atılıb. İsrail hərbçilərinin məlumatına görə, zərbə zamanı qruplaşmanın rəhbərliyi orada toplaşıb. İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullahın cənub komandanlığının rəhbəri Əli Karakinin də öldürüldüyünü bildirib.

İDF qeyd edib ki, zərbələrdən əvvəl onlar Beyrutun Dahiya ətrafındakı üç evin sakinləri ilə əlaqə saxlayıb, təxliyə çağırışı ilə müraciət ediblər, çünki bu binalar birbaşa "Hizbullah"ın strateji obyektlərinin üstündə yerləşirdi.

Seçilən
57
50
azreform.info

10Mənbələr