AZ

Fransada məmur dövlət vəsaitini mənimsəməkdə ittiham olunur

Fransada

Paris, 28 sentyabr, AZƏRTAC

Fransanın Nuvel Akiten (Nouvelle-Aquitaine) regionunun sədri Alen Russe 2015-ci il seçki kampaniyası zamanı dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.

AZƏRTAC xəbər verir ki, bu haqda yerli mətbuatda məlumat verilib.

Bildirilir ki, Nanterre məhkəməsinin istintaqa cavabdeh olan müstəntiqləri keçmiş deputatın seçki kampaniyasını həyata keçirmək üçün regionun resurslarından istifadə etməsindən şübhələnirlər. Alain Roussenin keçmiş əməkdaşı David Angevin 2021-ci ilin mart ayında Bordo prokurorluğuna təqdim etdiyi hesabatdan sonra Milli Maliyyə Prokurorluğu tərəfindən araşdırmalar başlayıb.

“Təhqiqatların yaxşı niyyətimi nümayiş etdirəcəyinə şübhəm yoxdur”, - deyə A.Russe mətbuata açıqlamasında bildirib. O əlavə edib ki, Nanterre məhkəməsinin müstəntiq hakimləri tərəfindən dinlənilib və heç bir məhkəmə nəzarətinə məruz qalmır. Deputat ona qarşı irəli sürülən ittihamları rədd edir.

Qeyd edək ki, bu, Fransada məmurların dövlət vəsaitlərini mənimsəməsi ilə bağlı ilk iş deyil. Avqust ayında Overny- Ron-Alp regionunun sədri Loran Vokye də seçki kampaniyası zamanı dövlət vəsaitini mənimsəməkdə ittiham olunmuşdu. O, vəsaiti qaytaracağına söz vermişdi.

Seçilən
30
23
azertag.az

10Mənbələr