AZ

Ukraynada xəstəxanaya zərbə endirildi: Ölənlər və yaralananlar var

Sentyabrın 28-i səhər Rusiya Sumı (Ukrayna) vilayətində tibb müəssisəsinə hücum edib, ölən və yaralananlar var.


Referans.az" target="_blank">Referans.az- ın Dron.media-ya istinadla məlumatına görə, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko xəbər verib.


Onun sözlərinə görə, Rusiya ordusu xəstəxanaya iki dəfə zərbə endirib.


"İlk zərbə nəticəsində bir nəfər həlak olub, tibb müəssisəsinin bir neçə mərtəbəsi dağılıb. Xilasetmə işçiləri və polis əməkdaşları hadisə yerinə gəldikdən və təxliyə başladıqdan sonra xəstəxanaya təkrar zərbə endirilib. Hazırda doqquz nəfərin həlak olduğu məlumdur", - deyə məlumatda vurğulanıb.


Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski xəstəxanadan 113 xəstənin təxliyə edildiyini bildirib.


Axtarış-xilasetmə əməliyyatı davam edir.


İlkin məlumata görə, 19 nəfər yaralanıb.


Sumı Vilayət Prokurorluğunun məlumatına görə, partlayışlar zamanı xəstəxanada 15-i hərəkət qabiliyyəti məhdud olan 86 xəstə və 38 əməkdaş olub.


Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində xəstəxananın qəbul şöbəsi dağıdılıb, binanın mərtəbələrindən biri və damı qismən dağılıb.

Seçilən
1
2
referans.az

10Mənbələr