AZ

Azər Bağırov: "Hər şeyi zaman göstərəcək"

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 8-ci turunun "Zirə" ilə oyundan sonra mətbuat konfransında iştirak edib. "Oyundan-oyuna nələrisə daha yaxşı edirik. Amma yenə də konsentrasiyadan düşürük. İlk hissədə daha yaxşı mübarizə apardıq. Hər iki hissədə bağışlanmayacaq səhvlər etdik. "Zirə"ni təbrik edirəm. Hər bir oyunun özünün istəyi, tapşırığı var. Futbolçuları da get-gedə tanıyırıq. Məşqçilər korpusu olaraq, meydana sonradan daha yaxşı yerli oyunçular girə biləcək. Ona görə belə qərar verdik". Matc.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 8-ci turunun "Zirə" ilə oyundan sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb: - "Qara zolaq"dan çıxmaq üçün hansısa planlar cızırsız? - Əlbəttə ki, cızırıq. Bu gün Paçunun gəlməsi, Pananın bizə qoşulmasını görürük. Oyun planında da, bəzi dəyişikliklər var. Onları rotasiya edib yoxlayırıq. Düşünürəm ki, əsasən də müdafiədə daha çox dəqiq olmalıdır. Mən gələndən üç oyun keçirmişik. "Araz-Naxçıvan"la qola qədər pis mübarizə aparmaqdıq. "Zirə" ilə görüşdə də qola qədər pis deyildik. Futbolçular bəzi məsələləri anlayırlar ki, nə etmək lazımdır. Bunu 90 dəqiqəlik çərçivəyə salmaq lazımdır. - Yeni oyunçular olacaq? - Qışa qədər transferlərimiz tamamlanıb. Amma hər şeyi zaman göstərəcək. Bir oyunçu da dünən bizə qoşuldu.    

Seçilən
18
7
matc.az

8Mənbələr