AZ

Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığımız daha da dərinləşəcək - İlham Əliyev

Əminəm ki, Azərbaycan ilə Çin arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli qaydada, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda qeyd edilib.

Dövlət başçısı bildirib ki, ötən dövr ərzində Çin Xalq Respublikası bütün sahələrdə – iqtisadiyyat, sənaye, elm, kosmik tədqiqat, müasir texnologiyalar, müdafiə, əhalinin sosial-iqtisadi rifahı və digər sahələrdə mühüm nailiyyətlər əldə edərək beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, dünyanın ən güclü və qüdrətli dövlətləri sırasında yer almışdır:

"Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir.

İyulda Astanada Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, görüş əsnasında qəbul olunmuş "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" mühüm tarixi addım, əməkdaşlığımızı daha da genişləndirmək və möhkəmləndirmək istiqamətində qarşılıqlı əzmimizin bariz təzahürüdür".

Seçilən
28
34
sesqazeti.az

10Mənbələr