AZ

İki şəhid verən Məmmədovlar ailəsi: "Əkizlərimiz oldu, bizə təsəlli verirlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Azərbaycan bayrağının ölkənin bütün suveren ərazilərində qürurla dalğalanmasını dörd il əvvəl başlayan Vətən müharibəsinə, bu müharibədə gözünü qırpmadan ölümün üzərinə gedən qəhrəman oğullara borcluyuq.
Şəhidlərimiz arasında bəziləri bir mühüm xüsusiyyətlə fərqlənir.
Vətən müharibəsində 6 ailə 2 oğlunu torpaqlarımızın azadlığına qurban verib.
Şəmkirin Yeniabad kəndində yaşayan Məmmədovlar ailəsi kimi.
Şəhid qardaşların anası Faya Məmmədovanın sözlərinə görə, övladları - Çingiz və Cavid Məmmədovun hər ikisi hərbçi olub.
"Sentyabrın 28-də Cavid şəhid olub, 6 gün neytralda qalıb. Çingiz isə Cavidin dəfn günündə - oktyabrın 4-də Murov istiqamətində şəhid olub. Məni oğulsuz qoysalar da, Vətənsiz qoymadılar. Əvvəllər Cavidlə Çingiz evin oğlu idilər, indi isə elin oğlu olublar", - deyə F.Məmmədova bildirib.
Şəhid qardaşların atası İlham Məmmədov oğullarının vəfatından sonra əkiz övladlarının doğulması ilə dünyaya təzədən gəldiyini deyib:
"Bizim iki körpəmiz oldu. Nə qədər darıxsaq da, onlar bizə təsəlli verirlər".
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
175
50
oxu.az

10Mənbələr