AZ

Kurban Berdıyev: “Bunu eniş kimi qəbul etmirik”

Misli Premyer Liqasının VIII turunun "Şamaxı" - "Turan Tovuz" matçından (2:2) sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

"Son dəqiqələrdə qol vurmağımıza baxmayaraq, düşünürəm ki, heç-heçə ədalətli nəticə idi". 

- Əsas heyətin bir neçə üzvü ehtiyatda idi. Bunun xüsusi səbəbi var idi?

- Miller zədəli idi. Buna görə onu sonradan oyuna buraxdıq. Sadiq Şəfiyevlə Araş Qaderiyə də şans vermək və onları meydanda görmək istədik.

- Qapıçı dəyişikliyi Konovalovun ötən oyundakı səhvinə görə idi?

- Xeyr. Kim özünü məşqdə yaxşı göstərirsə, o da oynayır. Oynamaq üçün özünü məşqdə yaxşı göstərməlisən.

- Komandanın enişdə olduğunu demək olar?

- Xeyr. Düzdür, nəticələr bizi qane etmir. Amma bunu eniş kimi qəbul etmirik.

Orxan Əliyev: "Təmiz qolumu qeydə almadılar"

Roman Qriqorçuk: "Hazırda heç bir derbi haqda düşünmürəm"

Samir Abasov: "Referiden xoşum gəlmədi"

"Neftçi” tilsimi qıra bilmədi - YENİLƏNİB

Azər Bağırov: “Bağışlanmayacaq səhvlər etdik”

Seçilən
18
4
apasport.az

8Mənbələr