Tovuz təmsilçisinin baş məqşçisi Kurban Berdıyev mətbuat konfransında iştirak edib, jurnalistlərin suallarını cavablandırıb. Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz" səfərdə "Şamaxı" ilə heç-heçə edib – 2:2. Matc.az xəbər verir ki, oyundan sonra Tovuz təmsilçisinin baş məqşçisi Kurban Berdıyev mətbuat konfransında iştirak edib, jurnalistlərin suallarını cavablandırıb. - Heç-heçə hesabı qanunauyğun oldu. Baxmayaq ki, biz oyunun sonunda qol vurduq, amma bütövlükdə oyunun heç-heçəlik idi. - Əsas heyətin bir neçə oyunçusu ehtiyatda qalmışdı... - Miller zədəli idi, ona görə sonradan meydana daxil oldu. Digər oyunçularımız isə məşqlərdə özlərini yaxşı göstərdiklərinə görə start heyətdə idilər. - Qapıçı dəyişikliyinin səbəbi nə ilə bağlıdır? - Kim özünü məşqlərdə yaxşı göstərirsə, o da oynayır. Yəni, bu o demək deyil ki, bu həftə oynamısansa gələn həftə də oynayacaqsan. Oynamaq üçün məşqlərdə özünü yaxşı tərəfdən göstərməlisən. - Üç oyundur komanda qələbə qazana bilmir. Bunu eniş saymaq olarmı? - Bu eniş deyil. Nəticə bizi qane etmir, amma bu, eniş deyil.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta