AZ

Qəzzada ölənlərin sayı 41 min 615-ə çatdı

Qəzzada ölənlərin sayı 41 min 615-ə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda daha 20 fələstinlinin həyatını itirdiyi, 108 fələstinlinin isə yaralandığı bildirilib.

Hücumlarda həyatını itirənlərin sayı 41 min 615-ə, yaralıların sayı isə 96 min 359-a yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.


Elnur
BakuPost
Seçilən
22
2
bakupost.az

10Mənbələr