AZ

Qəzzada can itkisi 41 min 689-a yüksəldi

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 689-a yüksəlib.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
 
İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 5 hücum həyata keçirdiyi və bu hücumlarda daha 51 fələstinlinin həyatını itirdiyi, 165 fələstinlinin isə yaralandığı bildirilib.

İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin Kiyzan-ən-Nəccar, əl-Manara və Maan bölgələrində həyata keçirdiyi quru hücumlarında ölənlərin sayının 51-ə yüksəldiyi bildirilib. Yaralananların sayı isə 82-yə yüksəlib.
 
Qeyd olunub ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 41 min 689-a, yaralıların sayı isə 96 min 625-ə yüksəlib.

Açıqlamada, həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
 
Oksana


Seçilən
52
2
azxeber.com

10Mənbələr