Qəzzada can itkisi 42 mini keçib.
Bakupost.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat yayılıb.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “3 qırğın”da 45 nəfərin öldüyü, 130 nəfərin yaralandığı bildirilib.
Bununla da ölənlərin sayı 42 min 10-a, yaralıların sayı isə 97 min 720-yə yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Elnur
BakuPost