Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası 31 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən akreditasiyadan keçərək fəaliyyətə başlamıştır.
Rekord.az xəbər verir ki, YDNMA-nın məqsədi Azərbaycanda olan və gələcəkdə yaradılacaq Yapon döyüş növlərinin inkişaf etdirilməsidir.
28 Sentyabr 2024-cü il tarixində EGP Arenada Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş ofisində idarə heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyində olan bir neçə məsələ haqqında müzakirələr aparılmış və bir sıra qərarlar alınmışdır. Yekunda Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası Beynəlxalq Ciu-citsu Federasiyasının üzvü olaraq ölkəmizdə bu idman növünün rəsmi təmsilçisi olması ilə bağlı qərar olunub.
YDNMA-nın tərkibində Ciu-citsu sektoru yaradılıb və sektorun müdiri vəzifəsinə Əli Cəfərov təyin olunub. YDNMA-nın prezidenti Atil Ağamirov tərəfindən Əli Cəfərova bu idman növünü daha da inkişaf etdirmək üçün zəruri işlərin görülməsi tapşırığı verilib. İclasda həmçinin cari ilin sonunda Ciu-citsu idman növü üzrə keçiriləcək Azərbaycan çempionatına hazırlıq işləri də müzakirə olunub.
İclasda bundan başqa təşkilat komitəsinin sədri Elşad Kərimov Assosiasiyasının baş katib vəzifəsinə seçildi. YDNMA-nın prezidenti Atil Ağamirov: “Bu idman növündə olan idman təşkilatlarını, məşqçiləri, hakimləri və idmançıları birlikdə yenidənqurma işlərində fəal iştirak etməyə və bu yolda birgə addımlamağa dəvət edirik!” fikirləri ilə iclasa yekun vurub.