VII çağırış Milli Məclisin ilk iclasında parlament komitələrinin tərkibi müəyyənləşdirilib. SİA xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyasının sentyabrın 30-da keçirilən ilk iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, Azərbaycan Milli Məclisində aşağıdakı 15 komitə fəaliyyət göstərir:
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;
Elm və təhsil komitəsi;
Regional məsələlər komitəsi;
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi;
İnsan hüquqları komitəsi;
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;
Aqrar siyasət komitəsi;
Əmək və sosial siyasət komitəsi;
Səhiyyə komitəsi;
Ailə, qadın və uşaq məsələləri komitəsi;
Gənclər və idman komitəsi;
İctimai birliklər və dini qurumlar komitəsi;
Mədəniyyət komitəsi;
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta