Çin avtomobil istehsalçısı "Xpeng" oktyabrın 10-da süni intellektlə təchiz edilmiş "Xpeng P7+" modelinin satışına başlayacaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Autohome məlumat yayıb.
Avtomobil istehsalçısının rəsmi açıqlamasına görə, "Xpeng P7+" dünyada süni intellektə malik ilk avtomobil olacaq.
Məlumata görə, o, "Xpeng"in yeni nəsil avtonom sürücülük platforması ilə təchiz edilib və 2024-cü ilin dördüncü rübündə satışa çıxarılacaq.
Bildirilib ki, avtomobilin uzunluğu 5056 mm, təkər bazası 3000 mm-dir. Tək elektrik mühərriki olan avtomobil litium dəmir fosfat dartma batareyasından istifadə edir. "Xpeng P7+" iki güc variantında - 245 və 313 at gücündə istehsal olunacaq.
Sadiq Cavadov