AZ

Dünyanın ilk süni intellektə malik avtomobili nümayiş etdiriləcək

Çin avtomobil istehsalçısı "Xpeng" oktyabrın 10-da süni intellektlə təchiz edilmiş "Xpeng P7+" modelinin satışına başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Autohome məlumat yayıb.

Avtomobil istehsalçısının rəsmi açıqlamasına görə, "Xpeng P7+" dünyada süni intellektə malik ilk avtomobil olacaq.

Məlumata görə, o, "Xpeng"in yeni nəsil avtonom sürücülük platforması ilə təchiz edilib və 2024-cü ilin dördüncü rübündə satışa çıxarılacaq.

Bildirilib ki, avtomobilin uzunluğu 5056 mm, təkər bazası 3000 mm-dir. Tək elektrik mühərriki olan avtomobil litium dəmir fosfat dartma batareyasından istifadə edir. "Xpeng P7+" iki güc variantında - 245 və 313 at gücündə istehsal olunacaq.

 

Sadiq Cavadov

Seçilən
106
17
iqtisadiyyat.az

10Mənbələr