Sentyabrın 21-də Gəncədə estetik əməliyyat üçün özəl klinikalardan birinə müraciət edən 31 yaşlı qadın 7 gün sonra xəstəxanada vəfat edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Bayramova Gülbəniz Eldəniz qızı özəl klinikada liposaksiya əməliyyatı keçirib. Əməliyyatdan bir neçə gün sonra xəstə vəziyyəti pisləşdiyindən Abbas Səhhət adına Gəncə şəhər Birləmiş Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın qəbul şöbəsinin müdiri Əfsanə Cəfərovanın sözlərinə görə qəbul şöbəsində xəstənin vəziyyətinin ağırlığı nəzərə alaraq onu renimasiya şöbəsinə yerləşdiriblər.
Ölüm faktı ilə Gəncə Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.
Daha ətraflı videoda:
Məqsəd Rəhimov, Raul İbrahimxəlil, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta