AZ

Orban Rusiya və Ukrayna arasında münaqişə ilə bağlı sammit təşkil etmək istəyir

Macarıstanın baş naziri Viktor Orban Çin və Braziliyanın sülh təşəbbüsü əsasında Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün sammit təşkil etməyi planlaşdırır .

Bu barədə İsveçrənin "Die Weltwoche" nəşri məlumat yayıb.

Orbanın keçən həftə Nyu Yorkda BMT Baş Assambleyası zamanı Çin və Braziliya ilə danışıqlar apardığı güman edilir. Nəşrin məlumatına görə, siyasətçi Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə sülh sammiti təşkil etməyi planlaşdırır .

“Görünür, Orban Nyu-Yorkda Braziliya prezidentini razı salmağa müvəffəq olub. Orban planlarına cəmi on beş ölkədən dəstək təşkil edib. Hazırda sülh sammitinin keçiriləcəyi yer müzakirə olunur”, - məqalədə deyilir.

Seçilən
96
1
aznews.az

10Mənbələr